Bu gün Parisin Ranjis bazarında güclü yanğın baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Yanğının söndürülməsinə 30 yanğınsöndürmə maşını və 100-dən artıq yanğınsöndürən cəlb olunub.
Paris yanğınsöndürmə Xidmətinin rəhbərinin məlumatına görə, artıq yanğının qarşısı alınıb, tələfat yoxdur.
Yanğının meyvə-tərəvəz anbarında baş verdiyi bildirilib.
Qeyd edək ki, Ranjis bazarı dünyanın ən böyük ərzaq bazarıdır.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






