Fransanın paytaxtı Parisdə dünən keçirilən futbol üzrə dünya çempionatında Mərakeşin yarımfinala yüksəlməsini qeyd edən bəzi azarkeşlərlə polis arasında yaşanan gərginliyə görə 108 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə Paris Polis İdarəsi Twitter hesabından verdiyi açıqlamada dünən Dünya Kuboku çərçivəsində Parisin Yelisey küçəsində və Parisin bilavasitə yaxınlığında fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.
Açıqlamaya görə, Mərakeşin yarımfinala yüksəlməsini qeyd edən bəzi azarkeşlərlə polis arasında gərginlik yaşanıb və 108 nəfər “zərər vermək, tüstü bombası saxlamaq və zorakılıq etmək” səbəbi ilə nəzarətə alınıb.
Fransa mətbuatı Şampan Yelisey küçəsində dünənki qeyd etmələrə təxminən 20 min adamın qatıldığını yazıb.
Polis gözyaşardıcı qazla müdaxilə edərkən bəzi azarkeşlər atəşfəşanlıq edib.
Şayəstə





