“Parisien” qəzeti Paris prokurorluğuna istinadən xəbər verir ki, Fransada iki ifrat sağçı fəal saxlanılıb.
Elchi.az xəbər verir ki, fransızlar Ukraynadakı döyüş bölgəsindən qayıtdıqdan sonra saxlanılıb və silah aşkar edildikdən sonra həbs edilib.
Fransanın ifrat sağçı hərəkatının nümayəndələri Bersidəki avtovağzalda optik nişangahlı tüfənglərlə saxlanılıblar. Məqalədə deyilir: “Milli təhlükəsizliyə təhdidlə bağlı iş açılıb”.
Nəşrin xatırlatdığı kimi, Fransada belə silahların daşınması və saxlanması qadağandır.
Yeganə





