“Nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, bununla bağlı qanun hazırlansın: “Ya bunu özümüz hazırlayaq, ya da hökumət göndərsin. Digər tərəfdən, hazırda Azərbaycanda dövlət qurumlarında nəsillərin tarazlanması prosesi gedir. Amma bütün sahələrdə bu, hamar formada özünü biruzə vermir. Bizə göndərilən qanun layihələrində çatışmazlıqlar olur. Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Baş İdarənin əsas vəzifəsi mövcud qanunların yeni qəbul edilmiş qanunlara uyğunluğunu təmin etməkdir. Bir çox hallarda Baş İdarənin də rəyləri nəzərə alınmır. Bu işlə məşğul olan institutun yaradılmasına nail olsaq, bu, Milli Məclisin adı ilə qalar. Bunun üçün Prezidentə müraciət edək. Bu institutu ya Ədliyyə Nazirliyi, Milli Məclis, ya Ədliyyə Nazirliyi yanında yaradaq. Belə institutun yaradılmasına son dərəcə ehtiyac var. Bununla bir çox problemləri həll edib, çözə bilərik”
Sədr Sahibə Qafarova isə təklif edib ki, bu məsələ ilə bağlı komitədə Əli Hüseynli ilə məsləhətləşmələr aparılsın.
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...




