"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Partiya sədri olan deputat Prezident Administrasiyasına ÇAĞIRILDI

19 May 2022 - 14:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Elchi.az-a bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.

Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”, – tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.

Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Putinlə əlaqələri kəsmək fikrim yoxdur” – Ərdoğan

Next Post

Paşinyan siqaret alverinə başladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Paşinyan siqaret alverinə başladı

Paşinyan siqaret alverinə başladı

İmtahan suallarını satanlar HƏBS EDİLDİ

İmtahan suallarını satanlar HƏBS EDİLDİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.