"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Partiya sədri Prezident Administrasiyasına ÇAĞIRILDI

12 May 2022 - 17:12
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Mayın 12-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Elchi.az -a verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir.

Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib. Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd edilib. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki, belə səfərlər gələcəkdə də təşkil olunacaq.

Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümummilli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında olmasının vacibliyi qeyd edilib. Bu halın həm də sağlam münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin şaxələnməsinin dayanıqlı ənənələrin formalaşmasında əvəzolunmaz əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirib ki, bu cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrlə zənginləşdirilməlidir. Əldə olunmuş Qələbə və ölkənin müxtəlif beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi arenasında çəkisinin əsaslı şəkildə artığı vurğulanıb.

Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış ilə bağlı mövzular da geniş müzakirə olunub.

Sonda Elşad Musayev görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb – FOTO

Next Post

Ağdamda mina PARTLAYIŞI – Çoban yaralandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Ağdamda mina PARTLAYIŞI – Çoban yaralandı

Ağdamda mina PARTLAYIŞI - Çoban yaralandı

Bələdiyyə sədri 3 min manat CƏRİMƏLƏNDİ

Bələdiyyə sədri 3 min manat CƏRİMƏLƏNDİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.