"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Partiyalar 2014-cü ildə nə qədər pul xərcləyib… – (Siyahı)

05 Yanvar 2015 - 14:29
in SİYASƏT

Azərbaycanda 50-dən artıq siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Həmin qurumların bir hissəsi aktiv fəaliyyət göstərir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

partiyalar“Report” aparıcı siyasi partiyalardan 2014-cü il üzrə icarə haqqı və kommunal xərclərin miqdarını öyrənib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib ki, hələ partiyanın 2014-cü il üçün illik xərclərinin hesabatı hazırlanmayıb. Qeyd edək ki, 2013-cü il üzrə YAP-ın bütövlükdə kommunal xərcləri 382 152 manat olub.

Müsavat Partiyasından bildirilib ki, partiyanın mərkəzi qərargahı üçün ildə 3 660 manat ödənilir. Qərargahın illik telefon xərci 2 400, su xərci 150, işıq xərci isə 3 000 manat təşkil edir. Bütövlükdə mərkəzi qərargahın illik kommunal xərcləri 5 550 manatdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, partiya qərargahı kimi şəxsi mənzilindən istifadə edir. Bu səbəbdən də icarə haqqı ödəmir. 2014-cü ildə qərargahın kommunal xərcləri 13 200 manat olub.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib ki, partiyanın mərkəzi qərargahı üçün pul ödənilmir, qərargah KXCP üzvlərindən birinə məxsusdur. O deyib ki, partiyanın illik kommunal xərcləri təxminən 1 500 manata yaxındır.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan partiya qərargahının olmadığını deyib. Ə.Temirxan qeyd edib ki, partiyanın bank hesabı da bağlanıb: “Tədbirlərimizi şəxsi mənzillərimizdə keçiririk”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyanın mərkəzi qərargahının özünə məxsus inzibati binada yerləşdiyini bildirib. Ə.Əliyev deyib ki, mərkəzi qərargahın illik kommunal xərcləri 1 200 manatdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qərargahın “Hürriyət” qəzetinə məxsus olduğunu deyib: “Qərargah qəzetə məxsusdur. Biz də icarə haqqı ödəmirik. Amma illik kommunal xərclər təxminən 7 000 manata yaxındır”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi icra aparatının rəhbəri Samir Əsədli “Report”a bildirib ki, qərargah partiyaya məxsusdur. O, illik kommunal xərclərin 4 500 manat olduğunu deyib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mərkəzi qərargahlarının olmadığını bildirib: “Qərargahımız yoxdur. Amma tədbirlərimizi partiyanın Nəsimi Rayon Təşkilatının ofisində keçiririk. Bu ofis üçün illik təxminən 700 manat ödənilir. Burada illik kommunal xərclər təxminən 600 manat təşkil edir”.

Böyük Quruluş Partiyasından “Report”a verilən məlumata görə, mərkəzi qərargahın illik icarə haqqı 700 manata yaxındır. Partiyadan bildirilib ki, illik kommunal xərclər 600 manat civarındadır.

Demokratik İslahatlar Partiyası (DİP) isə illik kommunal xərclərinin məbləğini açıqlamayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avro dollara boyun əydi

Next Post

Yeni “ASAN xidmət” açıldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Yeni “ASAN xidmət” açıldı

Qarabağdan gələn var - ƏN SON FOTOLAR

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.