Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Elchi.az-ın NEWS.am-a istinadən məlumatına görə, baş nazir prezidenti Qurban bayramı münasibətilə, prezident isə Baş naziri qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.
Liderlər ölkələri arasında ikitərəfli münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər. Bu çərçivədə diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icra prosesi müzakirə edilib.
Yeganə






