"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paşinyan çırpınır: “Sülh göyərçini”, bicliklər, Azərbaycanın yeni hərbi müdaxiləsi üçün əsaslar – TƏHLİL

15 Sentyabr 2022 - 19:26
in SİYASƏT

“Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün verdiyi bəyanatlar onun hərb yoxsa sülh dilemması arasındakı çırpıntılarının mahiyyətini anlamağa kömək edir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın sonuncu Brüssel danışığından sonra Ermənistandakı hərbi-siyasi dairələr hərbi avantüra üçün arqument tapdılar.
Bu arqumentin onlara Paşinyan tərəfindən fiziki cəhətdən verilib-verilmədiyi aydın da deyil, amma üzdə olan budur ki, revanşistlər baş nazirin mövqeyindən və ya mövqesizliyindən vəcdə gələrək regionda hərbi-siyasi şəraiti dəyişdirməyə cəhd ediblər.
Nikol Paşinyan parlamentdəki çıxışında Azərbaycanın bəzi ərazilərə nəzarəti bərqərar etdiyini deyib, ardınca isə imzalana biləcək hansısa sənəddən, verə biləcəyi çətin qərarlardan söz açıb və sonra bunu danıb.
Paşinyan erməni cəmiyyətin həmin sənədə öyrəşdirmək üçün ilk nəbz yoxlanışını həyata keçirdi və hər nə qədər təkzib etməyə çalışsa da, Azərbaycanın şərtləri əsasında onun masasına yeni tələblər sənədi qoyulduğu aydındır.
Paşinyan həmin sənədin konseptual baxışlarını dilə gətirdi, “yəni belə bir məsələ var, hazır olun” mesajını erməni cəmiyyətinin şüuruna yeridir.
Ancaq sənədin detallarının dəqiqləşdirilməsi məsələsində mübahisələr var, bununla belə əminlik artır ki, tənzimləmələrdə Azərbaycanın şərtləri ön planda tutulacaq.
Paşinyanın çıxışından sonra Ermənistanda hökumət əleyhinə aksiyalar başlayıb və “erməni xalq hərəkatının” budəfəki mərhələsi əslində elə Paşinyanın özünün üçlü oyunu davam etdirməsinə şərait yaradır.
Birinci, Paşinyan bununla hələ də beynəlxalq aləmdən dəstək ummaq meylini inkişaf etdirir.
İkinci, Azərbaycan tərəfinə mesaj verir ki, “xalq buna hazır deyil və müharibə istəyir”. Yəqin hesablama mexanizmini belə qurub ki, bununla Azərbaycanın tələblər silsiləsinin icrasını təxirə salan bir atmosfer yaransın.
Üçüncü, nə qədər təəccüblü görünsə də, proseslərlə özünün baş nazir kürsüsünü bərkidir.
Hesab edirəm ki, bir çoxunun düşündüyünün əksinə olaraq, Paşinyanın devrilməsi ehtimalları çox azdır, çünki bu hüdud xətti hələ tam formalaşmayıb.
Paşinyan xarici siyasətdə bərbad bir reputasiyaya malik olsa da, o, öz hakimiyyətini möhkəmləndirmək üçün göstərdiyi bicliklərdə müstəsna qabiliyyətlərə malikdir.
Paşinyanın hərəkətləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, daha doğrusu Xankəndi də vəziyyəti qarışdırıb, əslində bu amillər Bakının əlini gücləndirir.
Paşinyanın çıxışının Xankəndidə əks-səda doğurması elə Paşinyan üçün də keçərlidir, çünki Qarabağ mövzusu artıq ona əlavə başağrısı verir, hərçənd ki, hərdənbir fərqli mövqelər də nümayiş etdirir.
Bir sözlə, Paşinyan bir daşla bir neçə quş vurmağa çalışır, burada isə Azərbaycanın maraqlarına uyğun olan mövqe ilə yanaşı, Bakının əleyhinə olan davranışlar da az deyil.
Ona görə ki, Paşinyan nə qədər biclik etsə də və bu hiylələrinin üzərinə müxtəlif epitetlərlə makiyaj çəksə də, nəticədə erməni cəmiyyətində revanşist duyğular yenidən üzə çıxır.
Azərbaycan isə Ermənistan ictimai-siyasi ruhundakı qisasçılıq hisslərinə hərbi müdaxilə ilə cavab verməyi adekvat addım hesab edir və bunun üçün kifayət qədər haqlı əsaslar mövcuddur”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama

Next Post

Vətənsevərlik dərsi günü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Vətənsevərlik dərsi günü

Vətənsevərlik dərsi günü

BMT-dən sərhəddəki gərginliklə bağlı növbəti açıqlama

BMT-dən sərhəddəki gərginliklə bağlı növbəti açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.