"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Paşinyan iclas keçirəcək: Məqsəd nədir, sülh, yoxsa?-AÇIQLAMA

27 Aprel 2022 - 17:38
in MANŞET

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirmək niyyətindədir. Bu məlumatı “Hraparak” qəzeti yayıb. İclasın cümə günü baş tutacağı gözlənilir.Qeyd olunur ki, iclas Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın iştirakı ilə keçiriləcək.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Qəzet yazır ki, Ermənistanın hökumət başçısı Qarabağla bağlı bu yaxınlarda verdiyi bəyanatları redaktə etmək, Xankəndidəki separatçıların rəhbərliyini sakitləşdirmək, onları Qarabağı Azərbaycana təslim etməyəcəyinə inandırmaq istəyir.

Bununla yanaşı, “Hraparak” onu da yazır ki, Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkməyib. Və görüşün əslində başqa məqsədi var: baş nazir öz məsuliyyətini Qarabağ separatçılarının rəhbərliyi də daxil olmaqla, qalanlarla “bölməyə” çalışacaq.

Ermənilərin sülhə hazırlaşdıqlarına inanmıram…

Məlum iclas barədə fikirlərini Elchi.az-la bölüşən Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan rəhbərliyi tərəfindən belə addımların atılması heç də təəccüblü qarşılanmamalıdır.

Politoloqun sözlərinə görə, ermənilər son 30 ildə işağlı əbədiləşdirmək üçün prosesi uzatmağa çalışıblar ki, torpaqlarımızı birdəfəlik ilhaq etsinlər:

“Rəsmi İrəvan Azərbaycanla doğurdan da normal münasibətlər qurmaq və sülh müqaviləsi imzalamaq istəyirsə, o zaman konkret addımlar atmalıdır. Həmin addımlardan biri 1989-cu ildə Ermənistan parlamentinin Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərarının ləğvidir. Paşinyanın ziddiyətli addımlarını 44 günlük savaşdan sonra da görməkdəyik. Məqsəd isə prosesi uzatmaq, özləri üçün daha əlverişli variantlar əldə etmək istəyidir. Hesab edirlər ki, proses uzandıqca onlar üçün əlverişli məqamlar yarana bilər və istəklərini həyata keçirərlər. Ən azı 10 noyabr razılaşmasının şərtlərini yumuşalda bilərlər. Düşünürlər ki, bu, çox ağır şərtlərdir”.

O.Qasımov vurğalayıb ki, Paşinyanın Brüssel və Moskva səfərindən sonra yenə də ziddiyətli məqamlarla rastlaşırıq:

“Həmin məqamlar ondan ibarətdir ki, Paşinyan Azərbaycanın sülh danışıqlarına başlaması ilə bağlı 5 təklifi qəbul edir və bu danışıqları aparmağa hazırdır. Brüssel görüşündən sonra konkret addımların atılacağını bəyan etdi və orada müəyyən məqamları da açıqladı. Moskvadan qayıtdıqdan sonra isə fərqli bir fikirlərlə rastlaşdıq. Qarabağdakı ermənilərin təhlükəsizliyi və onların razılığı olmadan heç bir sənədə imza atılmayacağı və.s məsələlər ortaya çıxdı. Əslində bu iclas da həmin fikirlərin davamıdır. Necə ki, 3 gün əvvəl Ermənistanda “soyqırım” günü səslənən bəyanatlar, verilən mesajlar, o cümlədən hökumət əleyhinə aksiyalar-bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan yenidən prosesi uzatmaqda maraqlıdır. “Dağlıq Qarabağ”dakı terrorçular da bu iclasa qatılacaqsa, deməli, məsələnin yenidən müzakirəsi və prosesin uzadılması üçün əsas hazırlamaq istəyirlər. Ona görə də ermənilərin səmimi şəkildə sülhə hazırlaşdığını söyləyə bilmərəm”.

Sülh müqaviləsi əslində Ermənistanın xeyrinədir…

Siyasi şərhçi Turab Rzayevin fikrincə, Təhlükəsizlik Şurasının iclası keçirilməli idi. Çünki böyük hadisələr-Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda sülh müqaviləsinə hazırlıq baş verir:

“Həmçinin hər iki ölkə arasında kommunikasiyaların açılması gündəmdədir. Bütün bunlar təbii ki, Təhlükəsizlik Şurasında müzakirə edilməlidir. Məlumdur ki, həm Azərbaycan, həm də Ermənistanda hüquqi olaraq ən yüksək strateji məsələlərlə əlaqədar qərar verən orqan Təhlükəsizlik Şurası sayılır. Ona görə iclas normaldır. Ümid edirik ki, Paşinyan bu iclasda erməni cəmiyyətində ən azından yaxın ətrafı və komandasına, şura üzvlərinə izah edə biləcək ki, sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşdirilməsi məhz Ermənistanın xeyrinədir. Çünki Ermənistanda Paşinyanın bu addımına qarşı Rusiyaya bağlı olan cinayətkar “Qarabağ klanı” tərəfindən dəstəklənən müxalifət var. Onlar Paşinyanı satqınlıqda ifşa edir və müxtəlif təxribatlar törədirlər. Ümid edirik ki, istəklərinə nail olmayacaqlar və regionda sülh bərqərar ediləcək”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna kəşfiyyatı: KTMT-yə üzv dövlətlər müharibədə iştirakdan imtina edir

Next Post

Prezident Bakıda məktəb tikintisinə 15,6 milyon manat ayırıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Prezident dini qurumlara maliyyə yardımı ayırıb

Prezident Bakıda məktəb tikintisinə 15,6 milyon manat ayırıb

Şuşa şəhərinin adından istifadə qaydası müəyyənləşir

Şuşada Milli Məclisin komitələrinin dinləmələri keçirilib - YENİLƏNİB-1

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.