Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Paşinyan və Blinken BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında apardığı müzakirələrə toxunub.
Entoni Blinken qurbanlar üçün başsağlığı verib və ABŞ-ın sülh və dialoqu təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, Paşinyan bundan öncə Rusiya və Fransa prezidentləri ilə danışıb.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




