Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona ad günü münasibətilə təbrik məktubu göndərib.
Elchi.az News.am-a istinadən sözügedən məktubu olduğu kimi təqdim edir:
“Hörmətli cənab Prezident, hörmətli Emmanuel!
Doğum gününüz münasibətilə sizə ən səmimi təbriklərimi göndərirəm.
İcazə verin, erməni xalqı adından və şəxsən öz adımdan Sizə fransız xalqına rəhbərlik etmək, yeni uğurlar və böyük nailiyyətlər əldə etmək üçün sarsılmaz iradə və tükənməz enerji arzulayım.
Əmin olun ki, qlobal çağırışlarla dolu bu çətin dövrdə Ermənistan Sizin beynəlxalq sülh və sabitliyin bərqərar olmasına yönəlmiş yüksək missiyanızı dəstəkləyir. Erməni xalqı dost Fransa ilə bizi birləşdirən ən yüksək demokratiya, fundamental azadlıqlar və sivilizasiya dəyərlərini bölüşür.
Cənab Prezident, mən də fürsətdən istifadə edərək, Sizi ad gününüz və Yeni il münasibətilə təbrik etmək, bütün işlərinizdə uğurlar arzulamaq istəyirəm.
Ümid edirəm ki, qarşıdan gələn il ölkələrimizin xüsusi əməkdaşlığının dərinləşdirilməsi və xalqlarımızın sarsılmaz dostluğunun möhkəmlənməsi lehinə dost Ermənistan və Fransa xalqları üçün sülh və yeni nailiyyətlərlə dolu olacaqdır.
Cənab Prezident, dərin ehtiramımı qəbul edin.
Hörmətlə, Nikol Paşinyan”.
Yeganə






