Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB-yə üzv dövlətlərin Başçıları Şurasının iclasında iştirak etməyəcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə o, Qırğızıstan Prezidenti Sadir Japarovla telefon danışığında məlumat verib.
Qırğızıstan prezidentinin mətbuat xidməti bildirir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə Japarovla Paşinyan arasında telefon danışığı olub.
“İkitərəfli gündəliyin cari məsələləri, o cümlədən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının bu il oktyabrın 13-də Bişkekdə keçiriləcək sessiyası müzakirə edilib.
Söhbət zamanı Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra səbəblərə görə MDB Dövlət Duması Şurasının iclasında iştirak edə bilməyəcək.
Liderlər hər iki ölkənin xalqlarının rifahı naminə daimi əlaqələrin davam etdirilməsi və ikitərəfli münasibətlərin dostluq ruhunda möhkəmləndirilməsi barədə razılığa gəliblər”.
Yeganə




