
“Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun əvvəlində keçirilməlidir”.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistanda növbədənkənar parlament seçkiləri uzağı mayda, yaxud iyunun birinci on günlüyündə keçirilməlidir” – Nikol Paşinyan Facebookda canlı yayımda deyib.
O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür.




