"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir”

23 May 2019 - 11:05
in MANŞET, SİYASƏT

Qüdrət Həsənquliyev: “Yaxşı olar ki, milli maraqlarımız naminə biz bu prosesdə iştirak edək”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Ermənistanda baş verən hadisələri necə qiymətləndirirsiniz?
– Mən əvvəllər də söyləmişdim ki, Paşinyanın hakimiyyətə yolu Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açıldı. Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyda başa düşürdülər xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək. Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi siyasi fəaliyyət üçün böyük məbləğdə pillar ortaya çıxarılır. Ermənistanda Köçəryanın həbsindən sonra Rusiya açıq öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir.
Bundan başqa Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Köçəryanı azad etmiş məhkəmələrin fəaliyyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiq etdi. Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini görüb Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə biz bu prosesdə iştirak edək.
1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib ən azı həmin rayonları azad etməliyik. Əlbəttə bu məsələdə Rusiya anlaşa bilsək daha yaxşı olar.

– Qüdrət bəy, Milli Məclisin son iclasında Ziyafət Əsgərov Fazil Mustafanın müzakirə olunan məsələdən kənara çıxdığına görə əsəbiləşdi və həmin məsələ ilə əlaqədar çıxışa yazılmış deputatların çıxış üçün təkid edib-etmədiyini öyrənmədən məsələni səsə qoydu. Bununla bağlı nə deyə bilərsiniz?
– Təəssüf ki, Milli Məclisin nüfuzuna xələl gətirən bu cür hadisələr baş verir. Bundan daha iyrənc hadisə isə dərhal sonra növbəti məsələnin müzakirəsi zamanı baş verdi. Çıxışa yazılan Siyavuş Novruzov dedi ki, deputatları narahat edən məsələlər barədə biz, Ziyafət Əsgərovun dediyi kimi feysbukda yox, burda danışmalıyıq və xeyli də mövzudan kənar danışdı. Ziyafət Əsgərov isə nəinki onun çıxışını kəsə bilmədi, əksinə onun çıxışından sonra ona dəstək məqsədilə bir xeyli özü də mövzudan kənar danışdı. Düşünürəm bu kimi məsələlər iqtidar partiyasının diqqətindən kənarda qalmamalı, müvafiq iradlar bildirilməli, Milli Məclisin gözdən salınmasına imkan verilməməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

Next Post

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.