Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Elchi.az-ın NEWS.am-a istinadən məlumatına görə, telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Paşinyan Rusiya sülhməramlı missiyasının Qarabağdakı durumla bağlı ardıcıl addımlar atdığını vurğulayıb.
Eyni zamanda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə edilib.
Bundan başqa, tərəflər Ermənistan-Rusiya münasibətləri və bu münasibətlərdə baş verən digər proseslər ətrafında da fikir mübadiləsi aparılıblar.
Yeganə





