Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Maskatda Omanın vəliəhdi Ziyazan Haitham Al Said ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Qlobal çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb. Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetirilir”- deyə qeyd olunur.
Bundan əlavə, RİA Novosti-nin məlumatına görə, Nikolay Patruşev iqtisadi sahədə və hüquq-mühafizə sistemində, o cümlədən kəşfiyyat xidmətləri və maliyyə kəşfiyyatı vasitəsilə əməkdaşlığı müzakirə edib. Rusiya nümayəndə heyətinin səfərindən sonra Təhlükəsizlik Şurasının aparatı Oman Milli Təhlükəsizlik Şurasının katibliyi ilə anlaşma memorandumu imzalayıb.
Havar Şəfiyeva






