Qərb Rusiyanın böyüklüyündən qorxur, lakin onun sərvətlərini ələ keçirməyə çalışır.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Razvedçik” jurnalı üçün məqaləsində bildirib.
“İnsanın başqa xalqlardan və sivilizasiyalardan üstün olması ideologiyası əsrlər boyu Qərb cəmiyyətlərində formalaşıb. Qərbdə Rusiyaya məhz belə mövqelərdən baxırlar. Onun böyüklüyündən və qüdrətindən qorxaraq, onun sərvətinə sahib olmaq arzusundadır. Ona görə də Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Qərbdə anti-Rusiya əhval-ruhiyyəsi dalğasının başlaması heç də təəccüblü deyil”, – deyə Patruşev bildirib.
Yeganə





