"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Payızda nə olacağını Vilayət Eyvazovla Əli Nağıyevdən soruşun Gültəkin Haçıbəyli!

12 Avqust 2019 - 11:37
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bugünlərdə Gültəkin Hacıbəylinin bir videoçarxını ızlədim. Açığı deyim ki, bu qızın indiyəcən heç bir sətir cümləsini belə oxumamışam. Oxumamağımın səbəbi isə tamam başqadır. Birincisi onun radikal müxalifətə transferindən sonra nə danışacağını bildiyimdən vaxt ayırmaq istəməmişəm. İnqi qulaq asmağımın səbəbi isə mənə siyasətlə məşğul olan bir dostumun tövsiyyəsi oldu. Sonacan dinlədim. Anladığım o oldu ki, guya payızda nəsə baş verəcək və Azərbaycan hakimiyəti də bundan bərk narahatdir. 

İlk olaraq Gültəkin xanimin coxlu ozünütəkziblərindən bir-ikisini qeyd edim. Əhalinin sosial güzərənını sosial partlayış səviyyəsində qiymətləndirən xanim əfəndi dərhal da bilmədən təksib edir: “İndi yaydir, havalar isti keçir, (İsti ha, hələ mən bakıya gələndən belə sərin yay keçdiyini gorməmişəm. Ə.H.) insanlar istirahətdədir, tələbələr tətildədir” və s. 

İkinci özünütəkzib isə sual verənin payızda nə olacaq ki, hakimiyyət narahatdır sualına xanım siyasətçı dərhal cavab verir ki, bilmirəm. Bir dəqiqə keçməmiş özünü təkzib edir: Biz Milli Şurada qərara gəlmişik ki, sentyabrdan etiraz aksiyalarımızın bərpasına nail olaq. Bunun üçün xarici təkilatlarla fəal iş aparırıq”. Buyurun, bu nəinki özünütəkzibdir, həmdəozünüifşadır. Bəs deyirsiniz əhalinin güzəranı o qədər aşağıdır ki, sosial partlayış olacaq? Bəs deyirsiz heç bir lüzum olmadan Əli Əhmədov bəyanat verib? Yox əzizim, ya siz sosial partlayışın nə olduğunu bilmirsiz, yada ki, insanları ələ salırsız. Sosial partlayış gözlənirsə xarici təşkilatlarla apardığınız iş nə üçündür? Bəlkə hansı xarici erməpərəst qüvvələrlə danışıqlarınızın məğzini açıqlayasız? Bax indi biləsiz ki, hakimiyyət fil qulağında yatmayıb. Həm də ki, DTX-nın başında bir əli xalqin, bir əli də sizin kimi “xarici təşkilatlara” işləyən və adını müxalifət qoyanlarn cibində olan Eldar Mahmudov deyil. Əmin olun, axır ki, bu millətin təhlükəsizliyi yetərincə peşəkar birisinə həvalə olunub və Əli Nağıyev hər birinizin aldığı oksigenin miqdarını belə bilir. Harda, kiminlə kimin nə danışdığını, Hansi təşkilatlardan kimlərin hesabına hansı miqdar pulun gələcəyini, “departamentin” sizi hansı gəmiyə topladğını Əli Nağıyev yaxşı bilir. 

Qayidaq birinci özünütəkzibə. Yaxşı, sosial partlayış həddində olan insanlar nə zamandan istirahət edir. Bu nə məntiqdir? Hardan almısınız ki, acından “ölən” insan aliləsini də götürüb istirahətə gedir. Ayıbdır xanim, vallah ayibdir. Mən iddia etmirəm ki, xalqın hamısı YAP rəsmilərinin dediyi kimi yağ-bal içərisində üzür. Bəli, Azərbaycan xalqının bəlli bir faizi yoxsuldur. Axı siz özünüz də yaxşı bilirsiniz ki, o yoxsullar sizin sosial bazanız deyil. Axi siz yaxşı bilirsiz ki, o yoxsulları sizin harda, kimin sifarişi ilə siyasi aksiya keçirəcəyiniz maraqlandırmır.  Elə bilirsiz ki, bunu mən belə bilirəmsə hakimiyyət bilmir? Bilirsiz siz kimin və yaxud kimlərin istirahətdən qayıtmasını gözləyirsiz? Əgər sonradan “müxalifətə” gəlmiş birisi kimi bilmirsinizsə, yaşını və həyatını siyasətdə xərcləmiş birisi kimi deyim bilin. O yazdakı adı sizin olan bir mitinq vardı ha, Prezidentin kadr islahatlarının istiqamətini dəyişmək və tormozlamaq üçün hakimiyyətdaxili sizəoxşarların təşkilatçılığı ilə ora adam toplamışdılar, bax onları gözləyirsiz. Komanda alıbsız ki, möhkəm hazırlaşın, Prezident bir necə kadrla vidalaşmaq istəyir. Ümid edirsiz ki, bu dəfə də “ölməkdə və çürüməkdə” olan hakimiyyətdəki havadar və sponsorlarınızı qoruya biləcəksiz.  Sponsor demişkən, bir bəd xəbər də mən verim. O “Meydan TV” var ha deyirsiz ki, xalq o kanalın qabagından qalxmır, guya bütün günü ona baxır, bax o kanalı Xədicə (bu Xədicə İsmayılova deyil) vasitəsilə  MALİYƏləşdirən məmuruda yola salacaqlar. 

Bilmirəm bilirsiz ya yox, sizinçün bir sürpriz xəbər də verim. Departamentin “poslannik”i kimi sizi bir gəmiyə yığan var ha, bilirsiz kimi kapitan təyin edib? Və onu da bilirsizmi ki, ötən seçkidə Rusaiyanın sifarişiylə Rüstəm İbraımbəyovcün oynayan lideriniz Əli Kərimli bu dəfə də ona razılıq verib? İnanmıram Əli Kərimli bunu sizə etiraf edə. Çünki buna hələlik onun cəsarəti catmayacaq.  Sizi aldadacaq ki, elə şey yoxdur, nə bilim Amerika mənə stavka edir bə s. naqillar. Nə yazıqlar ki, Amerika hər vaxt olduğu kimi bu dəfə də onu “seçmir”. O ancaq sizi aldada bilir, qos-qoca Amerikanı yox. 

Ola bilər siz Vilayət Eyvazovu yaxşı tanımırsız. İş elə gətirib ki, onun həmkəndliləri ilə bir partiyada təmsil olunuram. Onun haqqında Qüdrət Həsənquliyevdən və digər həmkəndlilərindən də soruşmuşam. Kifayət qədər cəsarətli, öz prinsipləri olan,təmsil olunduğu komandaya və dövlətçiliyə sadiq birisidir. Cinayətkarlığa qarşı sərt və güzəştsizdir,dəfələrlə bunu sübut edib. Bu adamı sadəcə olaraq qorxutmaq mümkün deyil. Vilayət Eyvazov heç bir halda qanunsuz yolla hakimiyyət dəyişikliyinə imkan verməyəcək.

Payızda nə olacaq? Bu sualı aparıcı Gültəkin xanıma verəndə “bilmirəm” dedi. Mən nə olacağını deyim. Radikal müxalifət bir qrup adamı küçələrə tökəcək. Onlara dinc aksiya kecirməyə tam şərait yaradılacaq. Niyyətlərinin baş tutmadığından qəzəblənən siyasi başbilənlər təxribatlara yol açacaq. Dinc aksiyalar iğtişaşlara çevriləcək və hakimiyyətin adekvat reaksiyası ilə qarşılaşacaq. Sonra da həbsxanalara düşən kasıb balaları üzərində yeni “alverlər” başlayacaq. Hakimiyyətin başı yenə qarışacaq qərbdəki ermənipərəst qüvvələrin təzyiqlərini dəf etməyə. Gözlənilən kadr islahatları ertələnəcək. Əli Kərimli kimilər də aldiqları “odüllərlə” bir müddət də kef edərək yaşamağa davam edəcəklər. Sizcə buna dəyərmi?

Əli Həziquliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Coğrafiya İnstitutu hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb

Next Post

Azərbaycanın texnoparkları 1,5 milyard manatdan çox məhsul istehsal edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Azərbaycanın texnoparkları 1,5 milyard manatdan çox məhsul istehsal edib

Azərbaycanın texnoparkları 1,5 milyard manatdan çox məhsul istehsal edib

“Binə” ticarət mərkəzində yanğın olub

"Binə" ticarət mərkəzində yanğın olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.