
Artıq payız mövsümü özünü bütün xüsusiyyətlərini göstərməyə başlayıb. Gün ərzində hava şəraitinin bir neçə dəfə dəyişildiynin şahidi oluruq. Nəticədə xroniki xəstəliklər daha da fəallaşmağa başlayır. Bu özünü immuniteti zəif olan insanlarda daha qabarıq şəkildə büruzə verir. Xüsusən də soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji hallarla tez-tez rastlaşırıq.
Yoluxucu xəstəliklər daha çox iş yerlərində, kollektiv arasında, məktəblərdə və ya insanların sıx olduğu digər yerlərdə yayılır.
Bəs bu xəstəliklərdən necə qorunmalı?
Tibb elmləri doktor, professor Adil Qeybulla bildirdi ki, payız mövsümünün gətirdiyi xəstəliklərdən qorunmaq üçün ilk növbədə dəyişən hava şəraitinə adaptasiya olmaq lazımdır:
“Hər şeydən əvvəl dəyişən hava şəraitinə adaptasiya olmaq, ona uyğun geyinmək lazımdır. Gün ərzində bəzən olur ki, səhər hava günəşli olur, günün ikinici yarısında havanın temperaturu birdən-birə dəyişir, aşağı enir. Əgər bu cür havaya uyğun geyinilməyibsə bədənin də temperaturu aşağı düşür və soyuqdəymə baş verir. Nəticədə bir sıra xroniki xəstəlilkər, məsələn, xronki bronxit, faringit xəstəlikləri fəallaşmağa başlayır.
arasında bütün bu xəstəliklər qrip adlanır. Lakin əslində bu qrip deyil.
Yuxarı tənəffüs yollarında 15-dən çox infeksiya mövcuddur ki, onlar fəallaşanda özünü qrip şəklində biruzə verir. Qrip isə konkret epidemiyaya meylli virusdur.
Onu da qeyd edim ki, qrip çox pis xəstəlikdir, onun ağır nəticələri ola bilir və ətrafdakı insanlara da asanlıqla yoluxur. Buna görə də qripə yoluxan xəstələr mütləq yataq rejimində müalicə almalı və yaxud ictimai yerlərdə, avtobusda və s. yerlərdə xüsusi maskalardan istifadə etməlidirlər. Əks təqdirdə kollektivdə olan sağlam insanlar da tez bir zamanda qripə yoluxa bilər. Xüsusən də immuniteti zəif olan insanlar bu xəstəliyi ağır keçirir.
Sovet dövründə kəskin respirator adı altında diaqnoz qoyulurdu. Bütün bu qripin sindromları, yəni burunun axması, asqırmaq, öskürmək, hərarət kimi əlamətlərlə müşahidə olunan bütün hallar kəskin respirator adı altında ümumiləşdirildi, xəstələnən şəxs müalicə almaq üçün bülletenə çıxarılırdı. Lakin indi daha çox özəl sektor olduğundan bu məsələyə o qədər də diqqət edilmir”.
Professor payız fəslində fəallaşan digər xəstəliklərdən də danışıb:
“Payız fəslində o cümlədən mədə yarası, onikibarmaq bağırsağın xorası xəstəlikləri də aktivləşir. Eyni zamanda şəkərli diabet xəstələri fəsil dəyişkənliyi əlaqədar səhhətlərinə diqqət etməlidir, çünki bu mövsümdə şəkərin miqdarı daha da yüksəlmə halları ilə tez-tez rast gəlirik. O cümlədən ürək-damar xəstəlikləri olan həsas insanlar da bacardıqları qədər hava dəyişkənliyiniə adaptasiya olmalı, imkan olduqca həkim nəzarətindən keçməlidirlər”.



