"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?

14 Oktyabr 2022 - 11:18
in DÜNYA

“Çin Kommunist Partiyasının bazar günü Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkəsinin lideri Si Sinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Sinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az-ın xəbərinə görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib.

Analitikin sözlərinə görə, kommunizmin qurulması ideyasından imtina etməyən Si Sinpin SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarını strateji səhvlər buraxmamağı tövsiyyə edib:

“Görəsən Si Sinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub?
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçıva hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı. Ona görə də Si Sinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa ölkənin SSRİ kimi dağılması labüd olacaq”.

Politoloq qeyd edib ki, Si Sinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur:

“Siyasi sistem olduğu kimi qalmalıdır. Si Sinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipal mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək.
Si Sinpin Çin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir. Onun yazdığı məqalə bu məqsədə xidmət edir. Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Si Sinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir. Bundan başqa illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir. Ümumdünya Bankının hesabatına görə Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki, Çin hakimiyyəti 5.5 artıma çatacaqlarına ümid edirdilər. Bir qrup kommunist iqtisadiyyatdakı geriliməni Si Sinpinin yanlış idarəetməsi ilə əsaslandırır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin plenar iclası başladı

Next Post

Rusiya təşəbbüsü yenidən ələ almaq istəyir: Sülh sazişi üzərində iki cəbhənin…

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Rusiya təşəbbüsü yenidən ələ almaq istəyir: Sülh sazişi üzərində iki cəbhənin…

Rusiya təşəbbüsü yenidən ələ almaq istəyir: Sülh sazişi üzərində iki cəbhənin...

XİN başçıları bu məsələdə razılığa gəldi

XİN başçıları bu məsələdə razılığa gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.