"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Pelosi və onun kimi düşünənlər bilməlidir ki…”-Deputat

19 Sentyabr 2022 - 16:22
in MÖVQE

“Amerika Təmsilçilər Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri ABŞ-Azərbaycan münasibətlərinə təhlükədir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Bu fikirləri Elchi.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı söyləyib:

“Bildiyimiz kimi bu günlərdə Tayvan səfəri ilə dünya mətbuatının səhifələrində hələ də müzakirə olunan ABŞ Təmsilçilər Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri haqda məlumat dərc olunubdur. Yeri gəlmişkən qeyd edim ki, Pelosinin Çin üçün qırmızı xətt olan Tayvana səfəri beynəlxalq aləmdə təqdir edilməkdən daha çox tənqid hədəfinə tutulmuşdu. Görünür dünyaya demokratiya, ədalət , insan haqları, hüququn aliliyi haqqında dərs verən ABŞ-ın bu qocaman siyasətçisinın siyasi fəaliyyətində götürülmüş öhdəliklərə məsuliyyətli və ədalətli yanaşma , başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquq, qanunun aliliyi və obyektivlik kimi amillət yoxdur. Təbi ki, hər bir siyasətçinin öz yolu var, fərdi, qrup və təmsil etdiyi seçicilərin və dövlətin marağı var. Normalda siyasi görüşləri fərqli olsa da bütün siyasətçilər üçün dövlət marağı onun qrup və fərdi marağından daha öndə və yüksəkdə dayanır. Bu fikirlərimlə də heç hansısa bir sitasətçiyə nəyisə öyrətmək deyil. Sadəcə bildirmək istərdim ki, ABŞ-ın qocaman siyasətçisi olan və həm də ABŞ-ın Ali Qanunverici orqanlarından biri Təmsilçilər Palatasının sədri Nensi Pelosinin açıq aşkar bir tərəfli məqsəd və maraqla Ermənistana səfəri Azərbaycan ictimaiyyətində ciddi və haqlı narazılıq yaratmışdır. Doğrusu bir millət vəkili kimi ictimaiyyətdən və seçicilərimizdən onun bu səfərinə etiraz edənlərin sualına cavab vermək çox çətindir. Həm yaşda , həm də siyasətdə qocaman olan Pelosi bu səfəri ilə öz şəxsi və qrup marağının hətta ABŞ-Azərbaycan strateji münasibətlərindən önəmli olduğunu göstərir. Bir tərəfdən deyə bilərik ki, bu onun öz şəxsi işidir. Amma ABŞ siyasətində mötəbər vəzifə tutan bir siyasətçinin populist və qrup marağı aydın olduğu qədər də anlaşılan deyil. Məlumdur ki, ABŞ otuz ilə yaxın Qarabsğ münaqişəsinin həll edilməsində ATƏT-in Minsk Qrupunun üç həm-sədrlərindən biridir. Necə ki, belə səfərlər hər zaman ya Cənubi Qafqazın üç respublikasında həyata keçirilibfir və belə də olubdur. Bu mənada Pelosi ən azı ölkəsinin imicinə xələl gətirən işğalçı bir dövlətə olan ermənipərəst mövqeyinə xidmət edən bu səfəri haqda ciddi düşünməli idi. ABŞ mətbuatında vaxtaşırı olaraq Pelosinin tam erməni diasporu və lobbisinim təsirində və hətta işbiriliyində olması haqda yazılar oxumaq olur. Amma onun bu səfəri bir mənalı olaraq yazılanların etirafı anlamına gəlir. Sözsüz ki, heç kəs eləcə də mən onun erməni sevdalısı olması haqda nəsə bir şey deməyə haqqım yovdur. Onsuz da San Fransusko və Kaliforniyadan seçilmiş bir konqresmenin ermənilərə münasibətdə tərəfsiz olmağı da mümkün deyil. Problem ondadır ki, Pelosi Ermənistana sadə bir Amerika vətəndaş kimi səfər etmir. Erməni sevdasını daima biruzə verən ABŞ Təmsilçilər Palatasının sədri bu dəfə bu sevdanı nəinki İrəvandan bildirmək istəyir. O eyni zamanda İrəvanda Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeyini də bilditəcəkdir. Öz siyasi fəaliyyətində insan hüquqlarını xüsusi vurğulayan qocaman xanım siyasətçi ötən dövrdə erməni işğalı zamanı bir dəfə də BMT -nin erməni təcavüzü ilə bağlı qəbul etdiyi qətnamələrdən, bir milyon qaçqın və köçkünün pozulmuş hüquqlarından danışmadı. İqlim dəyişkənliyindən, ətraf mühitin qorunmasından danışarkən bir dəfə də olsun Qarabağda erməni vəhşiliyinin ətraf mühitə vurduğu təcavüzdən danışmadı. Azərbaycan xalqının 44 günlük haqlı davası olan Vətən müharibəsi zamanı Ermənistanın təcavüzkar Ordusunun Qarabağdan çox uzaqlarda Gəncədə, Tərtərdə, Bərdədə, Mingəçevirdə törətdikləri terroru Pelosi eşitmədi. Terrorun qurbanları olan, uşaq və qadınları, mülki insanları eşitmək istəmədi. Nə də görmək istəmədi. Bütövlükdə bölgədəki gərginliyi yaxşı bilən Qocaman xanım siyasətçinin məqsədi İrəvana gələrək iki qonşu araslndakı gərginliyi daha da artırmaqdır.
ABŞ Təmsilçilər Palatasının sədri xanım Pelosi və onu kimi düşünənlər bilməlidir ki, Azərbaycan xalqının 7/77-ə hər bir vətəndaşı hər qarış torpağı üçün canından və həyatından keçməyə hazırdır. Bugün Azərbaycan da, onun Qəhrəman Milli ordusu da otuz il bundan öncəki deyil. Azərbaycan xalqının nəyi. necə və nə zaman etməyi dəqiq bilən yenilməz və məğlubedilməz Lideri var. Onun sarsılmaz və qətiyyətli siyasi iradəsinin ifadəsi olan dəmur yumruğun gücü haqqında da bugün yetərli məlumatlar var.
Şübhəsiz ki, qocaman siyasətçi Pelosi çox yaxşı bilir ki, onun dəstəklədiyi, əzizlədiyi və bəslədiyi ermənilər tərəfindən işğal dövründə Qarabağ torpaqlarına minlərlə minalar basdırılıb. Xanım Pelosi bilsin ki, bugün Azərbaycanın hər bir vətəndaşı onun torpağına, ərazi bütövlüyünə, sərhədinə, müstəqilliyinə və dövlətçiliyinə göz dikənlər üçün bir minadır. Azərbaycan xalqının haqlı davasına qarşı susqunluq və ədalətsizlik göstərənlərə qarşı səbr və dözümü otuz il idi. Xanım Pelosinin dilində yəni Amerika ingiliscəsində desək deadline otuz il idi. Həqiqətən də bu səfərin məqsədi həm aydındırsa həm də qaranlıqdır. Nəzərə alsaq ki, artıq erməni saytlarında onun səfər proqramında İrəvandakı sözdə soyqırım abidəsinə gülqoymaq və Xankəndinə səfər də var.
Belə çıxır ki, bu xanımın məqsədi regiondakı hazırki vəziyyəti daha da ağırlaşdırmaq, ancaq qanamayan yerdən qan çıxartmaq, fitnə və fəsad toxumu səpməkdir. Nə isə səfərin baş tutmasını gözləyək”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Fransaya nota verdi

Next Post

Sərhəd toqquşması: Atəşkəsə Rusiya nail oldu, yoxsa ABŞ?

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Sərhəd toqquşması: Atəşkəsə Rusiya nail oldu, yoxsa ABŞ?

Sərhəd toqquşması: Atəşkəsə Rusiya nail oldu, yoxsa ABŞ?

İşə qəbul olunmaq istəyən müəllimlərin nəzərinə!

İşə qəbul olunmaq istəyən müəllimlərin nəzərinə!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.