“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərinin və səfər zamanı söylədiklərinin soyuq müharibə başa çatdıqdan və SSRİ dağıldıqdan sonra Birləşmiş Ştatların Cənubi Qafqaz regionunda bütün sahələrdə maraqlarına genış mənada ən ağır ziyan vurduğu qənaətindəyəm. Bu dəfə Ağ evə zərbəni Nümayəndələr Palatasının sədri endirdi”.
Elchi.az bildirir ki, bu barədə millət vəkili Musa Qasımlı FB hesabında bildirib:
“İlk növbədə, bu səfər dərin dövlət ağlı olmadan, hissiyyatlarla həyata keçirildiyi üçün ABŞ-ın onsuz da az olan nüfuzunu daha da sarsıtdı.
Bir daha göstərdi ki, ABŞ qanunverici orqanının aşağı palatası beynəlxalq hüququn, haqq-ədalətin deyil, beynəlxalq hüququ pozan təcavüzkar, təxribatçı Ermənistanın yanındadır.
Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına susan ABŞ üçün insan hüquqları boş ibarədən başqa bir şey deyildir.Bu illər ərzndə və indi də tökülən günahsız azərbaycanlı qanlarında nensilər də təqsirkardır.
Bu davranış Azərbaycan ictimai rəyini ABŞ əleyhinə daha da gücləndirdi.
Ermənistanı Rusiya təsirindən qurtarmaq, KTMT-nı dağıtmaq, regiona yenidən hansısa formada qayıtmaq və daha geniş geosiyasi niyyətlər güdən bu səfər İrəvanın özünü daha da pis vəziyyətə saldı. Çünki Ermənistanın qurama olsa da, bir dövlət kimi gələcəyi ilk növbədə, qonşularla dil tapıb keçinməklə bağlıdır.
*Birləşmiş Ştatların gizli niyyətləri Cənubi Qafqazda Rusiya-Türkiyə qarşıdurması yaratmaq olsa da, bunu bilən ruslar və türklər daha da sıx əməkdaşlıq edəcəklər.Bu səfər regionda gedən gərgin geosiyasi və nufuz uğrunda siyasi- diplomatik mübarizəni özündə əks etdirir. Bu mübarizənin qalibi hər halda belə ağılsız səfər edənlər olmayacaqdır.
Bundan sonra heç bir xalq ABŞ-a etibar etməyəcək və güvənməyəcəkdir.Onsuz da güvənmirdilər.
Bu səfər Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanla ABŞ-ın münasibətlərinə mənfi təsir edəcəkdir.Nümayəndələr Palatasınn Azərbaycan əleyhinə qəbul edəcəyi hər hansı bir sənəd rəsmi Bakı üçün mənasız kağız parçası olacaq və Birləşmiş Ştatların ziyanına işləyəcəkdir.
ABŞ-ın Cənubi Qafqazda təsir dairəsi azalacaqdır.
ABŞ-ın regiondan uzaqlaşdırılmasında maraqlı olan dövlətlər bərabər hərəkət edəcəklər.
Qonşu ölkələrin, xüsusən Rusiyanın Cənubi Qafqazda təsirni yaymaq cəhdləri artacaqdır.
Ermənistan Azərbaycan ərazilərindən tör-töküntülərini çıxarmasa, Azərbaycan da tarixi torpaqlarımızdan geri addım atmayacaqdır.
Naxçıvana gedən yol açılmasa, Azərbaycan dövləti də Laçın yolunda Gömrük və Sərhəd nəzarəti xidmətlərini qurmalı olacaqdır.Bunun da nəticəsinin necə olacağı indidən aydındır.
Bu səfər Azərbaycan-Ermənistan münasibətlərində zəif də olsa başlamış normallaşma prosesini baltaladı.Bundan sonra regionda baş verəcək gərginliklər üçün məsuliyyət həm də Birləşmiş Ştatların üzərinə düşəcəkdir”.
Şayəstə




