"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Pensilvaniya ştatında Xocalı qətnaməsi qəbul edildi

26 Fevral 2015 - 10:34
in MANŞET

ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanı tərəfindən Xocalı qətliamını pisləyən HR 109 saylı826aa1fbe45e367e7f958c3639543deb qətnamə layihəsi qəbul edilib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou (Harry Readshaw, D) olmaqla, ştatının 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənir, erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.

 

Qətnamənin qəbul olunduğu sessiyada Azərbaycan Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-nın vitse-prezidenti Xaliq Məmmədov, eləcə də Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər. İclasın gedişində azərbaycanlı millət vəkilləri və digər qonaqlara ştata səfər etdikləri və qanunverici orqanın iclasında qonaq qismində iştirak etdikləri üçün Nümayəndələr Palatasının spikeri tərəfindən minnətdarlıq ifadə edilib.

 

Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) sessiya zamanı ilk oxunuşdan mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

 

Sessiyadan sonra ştatın Kapitoli binasında “Azərbaycanın Dostları Assambleyası”nın (“AFAZ”) təşkilatçılığı ilə Xocalı qətliamının anım mərasimi keçirilib. Mərasimdə çıxış edən millət vəkilləri Sevinc Fətəliyeva və Asim MollazadəXocalı qətliamının Azərbaycan xalqının yaddaşında yeri barədə məlumat verib, bunu insanlığa qarşı cinayət kimi qiymətləndiriblər.

 

Tədbirdə Nümayəndələr Palatasının 14 üzvü (Harry Readshaw, David Millard, Vanessa Lowery Brown, Mark Cohen, Tim Hennesey, Margo Davidson, James Roebuck Jr., Paul Costa, Ronald Waters, Rick Saccone, Sue Helm, Chris Sainato, Karen Boback, Eddie Day Pashinski) də çıxış edərək, bu hüznlü gündə Azərbaycan xalqının yanında olduqlarını ifadə ediblər.

 

Qətnamə layihəsinin əsas müəllifi H. Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirib.

 

Bir sıra nümayəndələr Azərbaycanın bütün geosiyasi risklərə rəğmən, ABŞ-a etibarlı müttəfiq olmasını qeyd edərək, bu anım mərasiminə qatılmağı özlərinə mənəvi borc bildiklərini vurğulayıblar.

 

Çıxışlar zamanı Azərbaycanın ABŞ üçün vacib və strateji tərəfdaş olması barədə fikirlər səsləndirilib, bu münasibətlərin gələcək də inkişafına dəstək ifadə olunub.

 

Sonda səfirliyin əməkdaşı Natiq Baxışov çıxış edərək Pensilvaniya ştatının qanunverici orqanının Xocalı qətliamını pisləyən və onun qurbanlarının xatirəsini anan qətnaməni qəbul etməsi ilə bağlı Azərbaycan tərəfinin təşəkkürünü ifadə edib.

 

Pensilvaniya ştatına səfər zamanı Azərbaycan nümayəndə heyəti ştatın vitse-qubernatoru Mayk Stak (Mike Stack) ilə də görüş keçirərək Xocalı qətliamı ilə bağlı məlumat verməklə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə dair də müzakirələr aparıblar.

 

Qeyd edək ki, Pensilvaniya ştatı dünyada 16-cı ən geniş iqtisadiyyata malikdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident “Xocalı” abidəsini ziyarət etdi

Next Post

Azərbaycan əsgəri minaya düşərək həlak olub

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Azərbaycan əsgəri minaya düşərək həlak olub

Moskva İrəvanı qazsız qoyur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.