Pentaqon Suriyada helikopter qəzası nəticəsində yaralanan və müalicə üçün Almaniyaya göndərilən ABŞ əsgərlərinin sayının 15 olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Pentaqonun sözçüsü polkovnik-leytenant “Phillip Ventura” verdiyi yazılı açıqlamada ,”Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 əsgərin yaralandığını” təsdiqləyib.
“Hadisənin səbəbi hələ də araşdırılır, lakin bunun düşmən təhdidi və ya hücumu ilə əlaqəli deyil”, – Ventura bildirib. Yaralı 22 ABŞ hərbçisinin hamısının müalicə olunduğunu bildirən Pentaqon sözçüsü, “Onlardan 15-i müalicə üçün Almaniyaya göndərilib. Hazırda onların hamısının vəziyyəti stabildir”,-deyib.
Yaxın Şərq və Cənubi Asiyadakı əməliyyatlara nəzarət edən Pentaqonun Mərkəzi Komandanlığı bazar ertəsi gecə verdiyi qısa açıqlamada Suriyanın şimal-şərqində “vertolyot qəzası” nəticəsində 20-dən çox əsgərin yaralandığını bildirib.
Üç yüksək rütbəli hərbçi ABŞ komandolarını daşıyan MH-47 Chinook helikopterinin Suriyanın şimal-şərqində naməlum səbəbdən qəzaya uğradığını bildirib.
Nuranə Məmmədova





