ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifəni məhv edilib.
Bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib: “Ömər Xəlifə ilə birgə “İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən hücumlara bilavasitə rəhbərlik edib”, deyə P.Kuk bildirib. (Apa)




