ABŞ müdafiə nazirinin sözlərinə görə, NATO-nun məqsədi həm də texnologiyanın hərbi imkanlarını təmin etməkdir.
Elchi.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə “Leopard” tanklarının tədarükü koalisiyasına 8 ölkənin daxil olduğunu bildirib.
Pentaqonun rəhbərinin qeyd etdiyi kimi, söhbət Almaniya, Portuqaliya, İspaniya, Polşa, Kanada, Norveç, Danimarka və Hollandiyadan gedir. Eyni zamanda, onun sözlərinə görə, Şimali Atlantika Alyansının məqsədi təkcə avadanlığın özünün ötürülməsi deyil, həm də “uzunmüddətli perspektiv üçün hərbi imkanların” təmin edilməsidir.
Pentaqonun rəhbəri çərşənbə axşamı, fevralın 14-də Brüsseldə NATO-nun hərbi rəhbərlərinin görüşündə deyib: “Biz uzunmüddətli perspektivdə Ukraynaya yardımımızı dəstəkləyəcək sənaye təşəbbüslərini müzakirə edəcəyik”.
Şayəstə




