Pentaqon ABŞ-ın kaset sursatlarından minaların təmizlənməsində Ukraynaya kömək təklif edib.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Ukraynalılar onlardan [sursat] istifadə edəcəkləri ərazilərin uçotunu aparacaq və minalardan təmizlənməsinə üstünlük verəcəklər. Biz isə lazımi şəraitlə təmin olunacağımız yerlərdə bu işdə onlara kömək edəcəyik”.
Bundan əvvəl Ostin Kiyevə kaset sursatlarının göndərilməsi qərarını müdafiə edib. Ostinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (UAF) kaset sursatlarının istifadə olunduğu yerləri qeydə alacaq.
Şayəstə Hüseynova





