Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Redacted” YouTube kanalına müsahibəsində bildirib ki, NATO-nun Ukrayna böhranını təhrik etmək istəyi Ukrayna üçün fəlakətli nəticələrə gətirib çıxarıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
İstefada olan hərbçinin sözlərinə görə, əgər Qərb ölkələri münaqişəni dayandırmaqdan imtina edərlərsə, o zaman Rusiyanın Kiyevin əsas küçələri ilə yürüşdən başqa heç nə qalmayacaq.
Makqreqor hesab edir ki, NATO ölkələri Ukraynanın Rusiya Silahlı Qüvvələrinə tab gətirə biləcəyinə qərar verərkən ciddi səhvə yol veriblər. O qeyd edib ki, Ukrayna ordusu ciddi sursat çatışmazlığı yaşayır və böyük itkilər verir.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin uğursuzluqlardan sonra hücuma keçmək istəməməsindən danışıb. O, həmçinin bildirib ki, Kiyev NATO-ya regiondakı maraqlarını reallaşdırmağa kömək edir. ona görə də Ukrayna prezidenti Vladimir Zelenskinin siyasəti heç vaxt sadə sakinlərin maraqlarına cavab verməyib”, – deyə o, izah edib.
Havar Şəfiyeva






