KXDR-in sınaqdan keçirdiyi ballistik raketlər ABŞ-a çata bilir. Bunu Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino deyib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Akulino qeyd edib ki, ABŞ-ın raketlərin imkanlarına dair qiymətləndirmələrinə əsasən, onların ABŞ ərazisinə çatmaq iqtidarında olduğunu söyləmək olar. Bununla belə, Pentaqon belə bir nüvə silahı olan raketin buraxılması imkanlarını hələlik dəyərləndirməyib.
Bundan əvvəl Şimali Koreyanın Yaponiyaya doğru iki ballistik raket atdığı iddia edilirdi. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri raketlərin Yapon dənizinə buraxıldığına aydınlıq gətirib. Cənubi Koreya ordusu KXDR-dən buraxılan raketlərin növünü müəyyənləşdirməyə çalışır.
Havar Şəfiyeva






