ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin HƏMAS ilə əldə etdiyi “humanitar fasilə” razılaşmasının müddəti bitdikdən sonra Qəzzanın cənubunda həyata keçirəcəyini açıqladığı əməliyyatlarda “mülki itkiləri və mülki təhlükəsizliyi nəzərə almalı” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Pentaqonun mətbuat sözçüsü Briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı ilə görüşlərində mülki şəxslərin müdafiəsinə diqqət yetirdiyini iddia edib.
“Katib Ostin ilə İsrail Müdafiə Naziri arasında aparılan müzakirələrdə əməliyyatların mülki insanları qoruyan silahlı münaqişə qanunlarına uyğun aparılmasının və yardımın Qəzzaya çatmasının təmin edilməsinin vacibliyi müzakirə mövzusu olaraq qalmaqdadır”, – Rayder bildirib.
Bu mövzunun danışıqların əsas mövzusu olmağa davam edəcəyini bildirən Rayder, “Mülkilərin əvvəlkindən daha çox zərər çəkdiyini və ya təsirləndiyini qətiyyən istəmirik” -deyib.
Nuranə Məmmədova





