Pentaqonun rəhbəri Lloyd Ostin “X” sosial şəbəkəsində Kiyevə gəldiyini yazıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Mən Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə yenicə gəlmişəm” – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ həm indi, həm də gələcəkdə Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcək.
Əvvəllər Pentaqon ABŞ Konqresi yeni yardım paketini qəbul edənə qədər Ukraynaya dəstək üçün qalan vəsaitin nə qədər davam edəcəyini dəqiqləşdirməkdən imtina edib. Bundan əvvəl ABŞ Ukrayna və İsrailə yardım etmədən hökuməti maliyyələşdirmək planı qəbul edib.
Havar Şəfiyeva






