Elchi.az xəbər verir ki,Pentaqonun məxfi məlumatlarını açıqlamaqda ittiham olunan amerikalı Cek Teyşeyra məhkəmə qarşısına çıxıb. İclas zamanı təqsirləndirilən şəxs özünü səssiz və sakit aparıb və Teyşeyranın ən uzun ifadəsi atasına etdiyi müraciət olub.
Pentaqonun sızması ilə bağlı ilk dinləmə aprelin 14-də Bostonda Massaçusets Rayon Məhkəməsində keçirilib. Cek Teyşera “milli müdafiə məlumatlarının icazəsiz saxlanması və ötürülməsi” və “məxfi sənədlərin və ya materialların icazəsiz ələ keçirilməsi və saxlanması” ilə ittiham olunur. Bu maddələr üzrə maksimum müddət 10 ilə qədər həbsdir.
Teyşeyranın ən uzun sətri onu sevdiyini deyən atasının sakit sözlərinə cavab olaraq “Mən də səni sevirəm” olub. Növbəti iclas aprelin 19-da keçiriləcək, iclasda təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Nuranə Məmmədova





