Kreml nümayəndəsi aydınlıq gətirib ki, Rusiya Avropa ölkələrini təhdid etmir.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın guya Avropa ölkələri üçün təhlükə yaratması ilə bağlı iddialarla razılaşmadığını bildirib. Onun sözlərinə görə, əslində vəziyyət tam əksinədir.
Peskov VGTRK jurnalisti Pavel Zarubinin Çexiya prezidenti Petr Pavelin oxşar bəyanatını şərh etmək istəyinə cavab verib: “Rusiya Avropa üçün təhlükə yaratmır – Avropa Rusiya üçün təhlükə yaradır”.
O, aydınlaşdırıb ki, Avropa tamamilə Vaşinqtonun nəzarətindədir və bütün hərbi gücü ilə Rusiyanın sərhədlərinə yaxınlaşan NATO-nun fəaliyyətində fəal iştirak edir. Peskov vurğulayıb ki, məhz Aİ və Şimali Atlantika Alyansının aqressiv siyasəti Rusiyanı təhdid edir və Kremli hazırda edilənləri etməyə məcbur edir.
Şayəstə Hüseynova






