Bundan əvvəl Ermənistan Roma Statutunu ratifikasiya edib.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Vladimir Putinin Ermənistana səfərini təxirə salmaq məcburiyyətində qalacağı bir vəziyyətə düşmək istəməz.
“Əlbəttə, biz istəməzdik ki, prezident nədənsə bir gün Ermənistana səfərdən imtina etsin”, – Peskov İrəvanın Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı jurnalistlərlə görüşündə deyib.
Hərbi müxbir Aleksandr Kots qeyd edib ki, Roma Əsasnaməsinin ratifikasiyası qərarı ilə Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirib, çünki Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) əvvəllər Rusiya prezidentinin həbsinə order verib və İrəvan hakimiyyəti indi Putini həbs etməlidir. Rusiya lideri Ermənistana uçarsa, BCM-ə ötürülməsi üçün.
Şayəstə Hüseynova




