Kreml sözçüsü bildirib ki, Rusiya və Ukrayna Krımın icarəsi layihəsini müzakirə etməyiblər.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında İstanbul müqaviləsi layihəsi çərçivəsində Krımın icarəyə verilməsini müzakirə etdiyi barədə bəyanatını şərh edib.
Peskov jurnalistlərə bildirib ki, Krımın icarəyə götürülməsi imkanları iki nümayəndə heyəti tərəfindən müzakirə edilməyib.
“Krım Rusiyanın bölgəsidir, onu heç kim icarəyə götürə bilməz”, – Kreml sözçüsü bildirib.
Şayəstə Hüseynova






