Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Prezident Vladimir Putinin hakimiyyətdən “kənarlaşdırılması” ilə bağlı açıqlaması nazirin nüfuzuna xələl gətirir və onun peşəkarlığını şübhə altına alır.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Xatırladaq ki, Kuleba Putinin hakimiyyətdən kənarlaşdırılmasının Ukraynada müharibəni dayandıra biləcəyini söyləmişdi.






