Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları hazırda planda deyil, lakin taxıl müqaviləsini müzakirə etmək üçün lazım gələrsə, baş tutacaq. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda heç bir söhbət olmayıb, amma lazım gələrsə, olacaq. Putin və Ərdoğan çox tez-tez telefonla əlaqə saxlayır”, – Kremlin rəsmi nümayəndəsi bildirib.
O əlavə edib ki, indi taxıl sazişi barədə heç nə dəyişməyib və bu barədə Kreml heç nə deyə bilməz.
Havar Şəfiyeva





