“Kreml Yaxın Şərqdə vəziyyətin daha da destabilləşdirilməsinə qarşı xəbərdarlıq edib”.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İordaniyadakı ABŞ hərbi bazasına hücuma cavab olaraq Amerika hərbçilərinin mümkün hərəkətlərini şərh edib.
Peskov bildirib ki, regionda həddindən artıq münaqişə potensialı olan çox həyəcanveric bir gərginlik səviyyəsi inkişaf edib.
“Biz regionda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxaran hər hansı hərəkəti alqışlamırıq”, – deyə Kreml sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, indi, deeskalasiya addımları atmaq lazımdır, bu, münaqişənin daha da genişlənməsinin qarşısını ala biləcək yeganə şeydir.
Xatırladaq ki, yanvarın 27-də İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən ABŞ bazasına PUA-nın hücumu nəticəsində 3 nəfər ölüb, 34 nəfər yaralanıb. Vaşinqton hesab edir ki, pilotsuz təyyarə Tehranın dəstəklədiyi silahlılar tərəfindən buraxılıb. Lakin basqının arxasında İranın dayandığına dair hələlik heç bir sübut yoxdur. Lakin “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden bu hücuma cavab verilməsi barədə göstəriş verib.
Yeganə






