Peskov bildirib ki, müasir Avropada indiyədək heç vaxt hərbi çevriliş bayram kimi qəbul edilməyib.
Elchi.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, on il əvvəl Ukraynada zorakı çevriliş olub, nəticədə qanuni hökumət devrilib.
“Yəqin ki, Avropanın müasir tarixində heç vaxt zorakı çevriliş bayram kimi qəbul edilməyib… qanuni hökumət devrildi. Üstəlik, eyni Avropa dövlətlərinin təminatlarına baxmayaraq, devrildi”, – Kreml nümayəndəsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leenin Maydanın onuncu ildönümünə həsr olunmuş təbrikini şərh edərkən bildirib.
Şayəstə Hüseynova






