Rusiya prezidenti Vladimir Putin yəqin ki, nə vaxtsa Çeçenistana səfər edəcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırov yerli ağsaqqallar adından Putini respublikaya dəvət edib .
“Kadırov onu dəvət etdi. Və zaman keçdikcə, əlbəttə, Putin gələcək. O, regionlara gedir”, – Peskov prezidentin Çeçenistana səfərinin perspektivləri barədə danışarkən deyib.
Putinin uzun müddətdir bölgəyə getməməsi ilə bağlı iradlara cavab verən mətbuat katibi təbəssümlə əmin edib: “Yaxşı, olacaq”. O, konkret tarixləri açıqlamayıb. “Hazırda çox gərgin bir gündəm var”, – Kreml nümayəndəsi izah etdi.
Nuranə Məmmədova






