Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı tam kəşfiyyat məlumatı alır.
Elchi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Ali Baş Komandandır və təbii ki, o, bütün kəşfiyyat məlumatlarını alır”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiyada sosial şəbəkələrdə və müxalif yönlü KİV-lərdə prezident Vladimir Putinə müharibə öncəsi Ukraynadakı daxili vəziyyətlə bağlı yanlış kəşfiyyat məlumatları verilməsi barədə xəbərlər yayılıb.





