Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar həm Ərəb Respublikasındakı vəziyyətə, həm də Suriya-Türkiyə münasibətlərinə təsir edəcək. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya-Suriya danışıqlarının Əsədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalına necə təsir edəcəyi sualına Kreml belə cavab verib. Lakin, əsasən, danışıqlarda ikitərəfli münasibətlərə və Suriyadakı münaqişənin həlli aspektlərinə toxunulacaq.
Havar Şəfiyeva




