Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər xüsusi xarakter daşıyır, qarşılıqlı etimad və hörmətə əsaslanır, öhdəliklərin yerinə yetirilməsi qarşılıqlı təqdir olunur.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Biz Türkiyə-Fransa münasibətlərinə münasibət bildirməyi mümkün hesab etmirik. Bilirsiniz ki, prezident Putinlə prezident Ərdoğan arasında xüsusi münasibət var. Onlar həqiqətən də qarşılıqlı etimada, qarşılıqlı hörmətə və götürdükləri öhdəliklərə sadiqliyə əsaslanırlar.
Xatırladaq ki, Ərdoğan bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronun dövlət başçısı keyfiyyətinə malik olmadığını, Parisin beynəlxalq aləmdə nüfuzunu itirdiyini bildirib. Türkiyə prezidentinin sözlərinə görə, o, beynəlxalq tədbirlərdə Makronla çoxlu görüşlər keçirib, lakin Ərdoğan fransalı həmkarının dürüst olmadığını deyib.
Yeganə





