Elchi.az xəbər verir ki, Böyük Vətən Müharibəsində Qələbənin ildönümünə təsadüf edən Paradın 2023-cü il mayın 9-da Rusiyanın regionlarında keçirilməsi barədə qərar onların rəhbərlərinin səlahiyyətində qalır. Bazar ertəsi, aprelin 10-da belə bir bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prioritet vətəndaşların təhlükəsizliyidir.
“Bu, region rəhbərlərinin səlahiyyətidir – təbii ki, onlar vətəndaşların təhlükəsizliyini təmin etmək maraqlarından çıxış edərək qərarlar qəbul edirlər. Bu, əsas və yeganə prioritetdir”, – Kreml sözçüsü bəzi şəhərlərdə 9 May Qələbə Paradının təhlükəsizlik səbəbi ilə ləğv edilməsi barədə elanı şərh edərkən bildirib.
Eyni zamanda, Peskov qeyd edib ki, Qızıl Meydanda Qələbə Paradına hazırlıq gedir və onun keçirilməsi planlaşdırılır. “Əsas parada gəlincə, o, hazırlanır və keçirilməsi planlaşdırılır.
Şayəstə





