“Ukrayna münaqişəsi və Kiyev hakimiyyəti ilə bağlı yorğunluq təkcə ABŞ-da deyil, Avropada da artmağa başlayır”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həm Amerikada, həm də Avropada Ukrayna mövzusundan, Kiyev rejimindən və onların çiyinlərinə düşən yükdən yorğunluq getdikcə artır”.
Prezident administrasiyası rəhbərinin müavini yük dedikdə, Ukraynaya maliyyə və hərbi dəstəyi nəzərdə tutur. O, vurğulayıb ki, hətta ABŞ kimi iqtisadi cəhətdən güclü ölkələr də Kiyevi sonsuza qədər dəstəkləyə bilməyəcək, çünki Vaşinqtonun da daxili problemləri var.
Peskovun sözlərinə görə, analitiklər, səlahiyyətlilər və iqtisadçılar arasında bu yükü daşımaqdan yorulduğu hissi artmaqdadır.
Yeganə






