Rusiya Argentina ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır və ümumi maraqlara diqqət yetirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya və bir çox ölkələrin inteqrasiya proseslərində iştirak baxımından ümumi maraqları var, o cümlədən Argentina. O, həmçinin qeyd edib ki, seçkilərdən əvvəl Buenos-Ayresdən ziddiyyətli bəyanatlar olub, lakin indi onlar düzəldilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya səfiri Dmitri Feoktistov Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimində iştirak edib və ölkə rəhbərliyi adından ona təbriklərini çatdırıb, əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib. Diplomat ölkənin yeni rəhbərinə Argentinanın qarşısında duran vəzifələr qarşısında mətanət və uğurlar arzulayıb.
Havar Şəfiyeva






