Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya biznesi sanksiyalara uyğunlaşıb və maliyyə itkilərindən qorunmağı öyrənib.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Noyabrın 3-də jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, iri və orta Rusiya şirkətləri hedcinqə öyrəşiblər – yeni sanksiyalar təhlükəsi ilə bağlı riskləri azaltmaq üçün alətlərdən istifadə edirlər.
“Sanksiyalar əlavə problemlər yaradır. Amma biz sanksiyalara uyğunlaşdıq, sanksiyalar risklərindən hedcinq etməyi öyrəndik”, – prezidentin mətbuat katibi vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif sektorlardan – maliyyə, istehsal, tikinti, mədənçıxarma, nəqliyyatdan olan bütün iri Rusiya şirkətləri ilk növbədə sanksiyalara məruz qalacaqları halda tədbirlər planı hazırlayır.
Nuranə Məmmədova






