
Rusiyada oliqarx yoxdur. Onların mövcud olduğu dövrlər keçib.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistlərin suallarını cavablandırarkən “rusiyalı oliqarxlar” ifadəsini yersiz saydıqlarını söyləyib.
Qeyd edək ki, ABŞ-ın bəzi rusiyalı oliqarxlara sanksiya tətbiq edəcəyi gözlənilir.





