Moskvanın taxıl sazişinə qayıtması mümkün deyil, çünki Rusiya qarşısında öhdəliklər yerinə yetirilmir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi BMT-nin baş katibi Antoniu Quterreşin Vladimir Putinə məktub göndərərək müqavilələrin Rusiya tərəfini yerinə yetirəcəyini vəd etdiyini təsdiqləyib. Lakin Peskovun sözlərinə görə, sövdələşmə faktiki olaraq tamamlanmayıb.
“Təəssüf ki, hazırda bu razılaşmaya qayıtmaq mümkün deyil, çünki şərtlər həyata keçirilmir”, – Kreml sözçüsü əlavə edib ki, Putin Moskvanın tələbləri yerinə yetirilərsə, Rusiyanın təşəbbüsdə iştirakının bərpasına razılıq verməyə hazırdır.
Havar Şəfiyeva





